YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Son döyüşlər gənclərdə vətənpərvərlik ruhunu daha da gücləndirilib

«Cəbhə xəttində baş verən hadisələr Azərbaycanda yüksək vətənpərvərlik ruhuna sahib olan gənc nəslin formalaşdığını bir daha sübut etdi». Bu fikri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, ölkə gəncliyi torpaqlarımızın azad olunması üçün özünü səfərbər edib. Onun sözlərinə görə, son döyüşlər gənclərdə vətənpərvərlik ruhunu daha da gücləndirilib.

«Erməni tərəfi ordumuzun gücü qarşısında aciz qaldı. Onların həm hərbçiləri, həm də gəncləri qorxudan qaçırdılar. Amma bizim gənclərimiz isə döyüş bölgələrinə getməyə, əlinə silah alıb torpaqlarımızı azad etməyə can atırdılar. Bütün bunlar göstərir ki, qələbə çox da uzaqda deyil. Ali Baş Komandanımızın əmri ilə ordumuz qısa müddət ərzində torpaqlarımızı işğaldan azad edəcək»- deyə, komitə sədri vurğulayıb.