YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmamverdi İsmayılov: Azərbaycanın qətiyyəti bir sıra beynəlxalq dairələr üçün də mesaj olmalıdır

«Son günlər cəbhə xəttində ermənilər tərəfindən törədilən təxribatlar Azərbaycanın Silahlı Qüvvələri tərəfindən uğurla dəf edildi. Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyəti bir daha sübut etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün hər an hazırdır. Ölkəmizin əldə etdiyi inkişaf, nizami ordumuz və ən yeni hərbi texnika və silah-sursatlarımız bir daha göstərdi ki, biz məqsədimizi reallaşdırmağa qadirik». Bu fikirləri Milli Məclisin deputatı İmamverdi İsmayılov deyib.

İ.İsmayılov bildirib ki,  ermənilərin təxribatlarının qarşısının alınmasında ordumuzun göstərdiyi qəhrəmanlıq arxa cəbhədə də böyük ruh yüksəkliyi yaratdı. Onun sözlərinə görə, hər bir Azərbaycan gənci Ali Baş Komandanın əmri ilə vətənimizin ərazi bütövlüyünü təmin etməyə hazırdır.

«Azərbaycanın qətiyyəti bir sıra beynəlxalq dairələr üçün də mesaj olmalıdır. Münaqişənin həlli ilə bağlı ciddi səy göstərilməlidir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, eləcə də münaqişə ilə bağlı qəbul olunmuş bir sıra sənədlərə qarşı biganəlik nümayiş etdirir. Azərbaycanın cavabı birmənalıdır: ərazi bütövlüyümüz təmin edilməlidir. İnanıram ki, yaxın zamanlarda münaqişənin ədalətli həlli təmin ediləcək. Erməni təxribatını dəf edərkən həyatını itirmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Azərbaycanın bu qəhrəman övladları müqəddəs bir missiya uğrunda, Vətənin azadlığı uğrunda öz canlarından keçdilər. Azərbaycan xalqı onlarla fəxr edir»- deyə, İ.İsmayılov qeyd edib.