YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Parlamentinin deputatları Azərbaycanı dəstəkləyiblər

Avropa Parlamentinin altı deputatı – Rəşidə Dati (Fransa), Kristian Silviu Busoi (Rumıniya), İveta Qriqule (Latviya), Anna Fotıqa (Polşa), Ramona Manesku (Rumıniya) və İvo Vayql (Sloveniya) Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş hərbi toqquşmalarla bağlı bəyanatla çıxış ediblər. Sənədi imzalayan Avropa Parlamentinin deputatları Avropa İttifaqını münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində nizamlanmasında fəal olmağa çağırıblar. Onlar dəfələrlə dialoqa hazırlığını nümayiş etdirən Azərbaycan hökumətinə etimad etdiklərini bildiriblər.