YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birləşmiş Krallıq Türk Dərnəkləri Federasiyası və Londondakı Azərbaycan Evi erməni təxribatını pisləyirlər

Birləşmiş Krallıq Türk Dərnəkləri Federasiyası və Londondakı Azərbaycan Evi erməni təxribatını pisləyən birgə bəyanat yayıblar.

Bəyanatda deyilir: “Biz Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi son təcavüzkarlığı qəti şəkildə qınayırıq. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik bir neçə rayonunun işğalını davam etdirir. Erməni silahlı qüvvələri cəbhəboyu ərazilərdə, kəndlərdə təxribatları artırıb, əhaliyə qarşı iriçaplı silahlardan və artilleriya qurğularından istifadə edir.

BMT Təhlükəsizlik Şurası erməni silahli qüvvələrinin Azərbaycan torpaqlarını qeyd-şərtsiz və dərhal tərk etmələri barədə qətnamələr qəbul edib. Həmin qətnamələrdə Azərbaycanın suverenliyinə hörmət edilməsi vurğulanır və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edilir.

Ermənistan tərəfinin atəşkəs rejimini dəfələrlə pozaraq mülki əhalini və günahsız insanları öldürməsi qəbuledilməzdir.

Biz beynəlxalq ictimaiyyəti məsələyə daha ciddi yanaşmağa çağırırıq”.