YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasının baş katibi Torbörn Yaqland ilə görüşmüşdür

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Strasburqda Avropa Şurasının baş katibi Torbörn Yaqland ilə görüşmüşdür. 

Görüşdə Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə prioritet təşkil edən məsələlər müzakirə olundu.

Prezident İlham Əliyev son illərdə Azərbaycanda gedən demokratik inkişaf prosesləri və bu sahədə aparılan islahatlar barədə məlumat verdi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.