YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda pərakəndə və françayzinq biznesi üzrə “dəyirmi masa” keçirilir

Dubay Ticarət və Sənaye Palatasının sədr müavini Hişam Al Şiravinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda pərakəndə və françayzinq biznesi üzrə “dəyirmi masa” keçirilir.

Dubay Ticarət və Sənaye Palatasının təşkilatçılığı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilən tədbirdə hər iki tərəfdən iş adamları iştirak edirlər.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev “dəyirmi masa”da çıxış edərək Azərbaycanın davamlı iqtisadi inkişafı barədə məlumat vermiş, ölkəmizin etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatlar tərəfindən də müsbət qiymətləndirilir.

Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əməkdaşlığı barədə danışan nazir müavini diqqətə çatdırmışdır ki, ölkələrimiz arasında möhkəm müqavilə-hüquq bazası yaradılmış, indiyədək 20-dən çox sənəd imzalanmışdır.