YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətlərinin başçıları Belçikada işgüzar görüşlər keçirmişlər

Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti Belçikaya səfər çərçivəsində iyunun 23-də Namur şəhər bələdiyyə idarəsinin ərazi abadlaşdırma, mənzil , mədəni irs və enerji üzrə baş direktoru Kristina Geron ilə görüşmüşlər.

Görüşdə şəhərsalma üzrə mütəxəssislər- Kristian Bastən və xanım Fabien Tone ölkədə mədəni irs və enerji sahələri üzrə həyata keçirilən layihələrdən və Valoniya regionunun inkişaf perspektivlərindən bəhs etmişlər.

Namur vilayətinin qubernatoru Deni Matən ilə keçirilən görüşdə qubernator iki ölkə nümayəndələri arasında müxtəlif vaxtlarda reallaşdırılmış qarşılıqlı səfərləri xatırlatmış və belə görüşlərin ölkələr arasında əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış, təmsil etdiyi regionun tarixi barədə qonaqlara məlumat vermişdir.

Sonda azərbaycanlı qonaqlar yeni salınan elm parkı ilə yaxından tanış olmuşlar.
İcra hakimiyyəti başçılarının Belçikada işgüzar görüşləri davam edir.