YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Komissiyasi ilə Koreya Respublikası “5G” şəbəkəsinin tətbiqi üçün səylərini birləşdirir

Avropa Komissiyası ilə Koreya Respublikasının İnformasiya Texnologiyaları Nazirliyi “5G” rabitə standartının qlobal inkişafına dair saziş imzalamışlar. 

Bu barədə Avropa Komissiyasının saytında məlumat yerləşdirilmişdir.

Sazişə əsasən, tərəflər “5G”-nin tətbiqi üçün lazım olan tədqiqatları birlikdə həyata keçirəcək və yeni rabitə standartından istifadə üçün radiotezliklər hazırlayacaqlar. “5G”-nin tətbiqi ilə bağlı işlərin 2015-ci ilin sonunadək tamamlanması nəzərdə tutulmuşdur.

Avropa Komissiyasının vitse-prezidenti Nelli Krus bildirmişdir ki, müxtəlif ölkələrin hökumətləri ilk dəfə olaraq informasiya texnologiyaları bazarını dəstəkləmək və standartlaşdırma prosesini sürətləndirmək üçün səylərini birləşdirmişlər. Vitse-prezidentin fikrincə, “5G” internet iqtisadiyyatının və elektron cəmiyyətinin inkişafına yeni stimul yaradacaqdır.

Avropa İttifaqı növbəti yeddi ildə “5G” standartının inkişafına 700 milyon avro məbləğində vəsait yatırmaq niyyətindədir. Dünyada yeni rabitə standartının 2020-ci ilədək tətbiq ediləcəyi gözlənilir.

Yaxın gələcəkdə analoji sazişi telekommunikasiya sənayesinin nümayəndələri – Avropa “5G” İnfrastrukturu Assosiasiyası və Koreya “5G” Forumunun imzalayacağı gözlənilir.

Avropa İnfrastrukturu Assosiasiyasına “Alcatel-Lucent”, “Atos”, “Deutsche Telekom”, “Ericsson”, “Nokia”, “Orange”, “Telecom Italia”, “Telenor” və “Telefonica” kimi şirkətlər daxildir.