YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının işçi qrupunun iclası keçiriləcək

MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası üzrə işçi qrupunun ikinci iclası cari ilin 22-23 may tarixlərində Bakıda keçiriləcək.

İclasda MDB məkanında əlilliyin mövcud dinamikası, onun səbəbləri, tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində mövcud vəziyyət müzakirə olunacaq. Eyni zamanda, bu sahədə normativ hüquqi bazanın BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğunlaşdırılması, əlilliyi olan insanların cəmiyyətin sosial həyatında fəal iştirakı üçün mövcud maneələrin aradan qaldırılması, belə şəxslərin sosial infrastrukturdan maneəsiz istifadəsinə şərait yaradılması istiqamətində aparılan işlər və s. barədə fikir mübadiləsi aparılacaq. Bu sahədə MDB ölkələri arasında qarşılıqlı məlumat və təcrübə mübadilələrinin aparılması da iclasın əsas mövzularından biri olacaq.  Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Qeyd edək ki, MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası üzrə işçi qrupuna Birliyə üzv ölkələrin aidiyyatı dövlət qurumlarının mütəxəssisləri və ekspertlər daxildir. İşçi qrupun ilk iclası cari ilin mart ayında Moskvada   keçirilib. İclasın yekun qərarlarından biri kimi, növbəti belə iclasın Azərbaycan Respublikasında təşkil olunması qərara alınıb və  bu barədə MDB İcraiyyə Komitəsinə müraciət olunub.