YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Al-Kuwaityah”: Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın ən gözəl hava limanıdır

Küveytdə ərəb dilində nəşr olunan və böyük oxucu auditoriyasına malik gündəlik “Al-Kuwaityah” qəzetində “Şəkillərdə......Dünyanın ən gözəl hava limanı” başlıqlı xəbər dərc edilib.

Azərbaycanın Küveytdəki səfirliyindən bildiriblər ki, bir sıra sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılan foto-şəkillərə əsasən dünyanın ən gözəl hava limanı Azərbaycanın paytaxtı Bakıda yerləşən və ölkənin beş hava limanından biri olan Heydər Əliyev Beynəlxalq Aeroportudur.

Bununla yanaşı, yazıda aeroportun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıdığı bildirilir. Eyni zamanda, məlumatda sosial şəbəkə istifadəçilərinin hava limanının füsunkar gözəlliyə malik olduğundan məmnunluq ifadə etdikləri vurğulanıb.