YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin təxribat qrupunun 3 üzvünü məhv edib

Fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində düşmənin təxribat qrupunun 3 üzvü məhv edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid əsgər İmran Mirzəyevin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir.