YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Füzuli rayonunda sənaye və emal müəssisələrinin yaradılması üçün münbit şərait var

Füzuli rayonunda taxılçılığın, heyvandarlığın inkişafı, emal sənayesinin, iri fermer təsərrüfatlarının yaradılması, ərzaq təhlükəsizliyində mühüm yer tutan məhsulların istehsalı üçün münbit şərait var.

Bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova Füzuli rayonunda ictimaiyyət nümayəndələri ilə görüşü zamanı jurnalistlərə müsahibəsində deyib.

Bildirib ki, rayonun işğaldan azad edilmiş ərazilərində Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bütün infrastruktur bərpa edilib, geniş quruculuq işləri aparılıb. Odur ki, burada sənaye və emal müəssisələrinin yaradılması üçün imkanlar var. Hazırda Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən çıxış edərək, regiondakı bütün imkanlar təhlil olunur, öyrənilir, bu imkanları real nəticəyə çevirmək istiqamətində iş aparılır.

“Horadiz şəhərində keçirilən görüşdə fermer və sahibkarlar istehsal prosesini genişləndirmək, yeni iş yerləri açmaq, ərazini özünümaliyyələşdirməyə hazırlamaq istiqamətində fikirlərini bölüşdülər, təkliflərini irəli sürdülər. Rayondakı imkanlar dəyərləndiriləcək, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələri yerinə yetirməyə çalışacağıq”, - deyə B.Muradova qeyd edib.