YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yunanıstan parlamentinin deputatları Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olacaqlar

Yunanıstanın sabiq Baş naziri (2004-2006-cı illər) Kostas Karamanlis Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzvlüyə dəvət olunmuşdur.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, bu məsələ Afinada Mərkəzin icraçı direktoru Rövşən Muradov ilə Kostas Karamanis arasında keçirilmiş görüşdə müzakirə edilmişdir.

Görüşdə Azərbaycan, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Yunanıstan arasında mövcud olan siyasi, mədəni əlaqələr müzakirə edilmişdir. Bu əlaqələri daha da gücləndirmək məqsədilə Kostas Karamanlis Mərkəz ilə əməkdaşlığa dəvət olunmuşdur.

Qeyd edək ki, Yunanıstanın nüfuzlu ictimai-siyasi xadimi olan Kostas Karamanlis hazırda parlamentin deputatıdır.

Yunanıstan parlamentinin digər üzvü, 2007-2011-ci illərdə Avropa Parlamentinin vitse-spikeri olmuş Rodi Kratsa da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü ola bilər.

Afinada Mərkəzin nümayəndəsi ilə Rodi Kratsa arasında keçirilmiş görüşdə qurumun Yunanıstan parlamenti ilə əlaqələrinin möhkəmləndirilməsi məsələsi müzakirə olunmuşdur..