YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Afinada “ELPİDA” xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyası ilə tanış olmuşdur

Prezident İlham Əliyevin Yunanıstana dövlət səfəri çərçivəsində iyunun 15-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Afinada “ELPİDA” xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyası ilə tanış olmuşdur. 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva əvvəlcə burada müalicə olunan uşaqlar və onların valideynləri ilə görüşdü.

“ELPİDA” Dostluq Assosiasiyası 1990-cı ildə yaradılmışdır. Yunan cəmiyyətində böyük nüfuz qazanan bu assosiasiyanı insanlara ən çox sevdirən məhz xərçəng xəstəliyinə tutulan uşaqlara xüsusi qayğı göstərməsi olmuşdur.

Mərasim “ELPİDA”nın fəaliyyətinə həsr olunan videoçarxın nümayişi ilə davam etdirildi.

Assosiasiyanın prezidenti Marianna Vardinoyannis çıxış edərək Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı “ELPİDA”da görməkdən məmnun olduğunu bildirdi. O, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və dünyada təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə irimiqyaslı layihələr həyata keçirdiyini bildirdi.

“ELPİDA”nın layihələrindən danışan Marianna Vardinoyannis assosiasiyanın ötən dövrdəki fəaliyyətinə nəzər saldı, Heydər Əliyev Fondu ilə əlaqələrinə toxundu, Bakıda Talassemiya Mərkəzinin fəaliyyət göstərdiyini bildirdi.

Sonra Marianna Vardinoyannis “ELPİDA” mükafatını Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim etdi.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış etdi.