YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin Afinada rəsmi qarşılanma mərasimi olmuşdur


İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Afinada rəsmi qarşılanma mərasimi olmuşdur.

Azərbaycanın və Yunanıstanın dövlət bayraqlarının dalğalandığı Prezident sarayının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Yunanıstan Prezidenti Karolos Papulyas Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Hərbi orkestrin ifasında Azərbaycanın və Yunanıstanın dövlət himnləri səsləndi.

Dövlət başçıları hərbi marşın sədaları altında fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Yunanıstanın rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Karolos Papulyasa təqdim edildi.