YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın Baş naziri Antonis Samaras ilə görüşü

İyunun 16-da Afinada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yunanıstan Respublikasının Baş naziri Antonis Samaras ilə görüşü olmuşdur.

Baş nazir Antonis Samaras Prezident İlham Əliyevi qarşıladı.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olundu. İqtisadi sahədə, o cümlədən energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı. İqtisadi əlaqələrin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində önəmi qeyd edildi.

Görüşdən sonra Yunanıstanın Baş naziri Antonis Samaras tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verildi.