YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Qaralov: Azərbaycanın bugünkü uğurları Heydər Əliyevin adı ilə bağlıdır

«1993-cü ilin iyununda Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanda yeni dəyərlər sisteminin və yeni ideyaların meydana çıxmasına şərait yaratdı. Ulu öndərin gərgin səyləri sayəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşamaları, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı». Bu fikirləri YAP İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralov deyib.

Z.Qaralov bildirib ki, məhz Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai münasibətlər sisteminin bütün sferalarında sabitlik və qarşılıqlı anlaşma mühiti formalaşdı.

«1990-ci illərin əvvəlində Azərbaycan ağır günlərini yaşayırdı. Ölkəni bürüyən iqtisadi tənəzzül, ictimai-siyasi gərginlik, siyasi qüvvələr arasında ziddiyyətlər respublikanı fəlakətə sürükləyirdi. Xatirəsini daim əziz tutduğumuz Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gələrək başlıca qayəsi müstəqillik, Azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər olan yeni bir ideologiyanın əsasını qoydu. Azərbaycanın bugünkü uğurları Heydər Əliyevin adı ilə bağlıdır. Ona görə də Heydər Əliyev deyəndə Azərbaycan xalqı, Azərbaycan xalqı deyəndə Heydər Əliyev xatırlanır»- deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Z.Qaralov hazırda Prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayıb.