YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri regional münaqişələri müzakirə edəcəklər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Avropadakı regional münaqişələrin həlli yolları mövzusunda müzakirələr aparacaqlar.

Diasporla İş Üzrə Dövlət Komitəsindən bildirilmişdir ki, bu məsələ Moldovanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Petru Luçinski ilə Mərkəzin icraçı direktoru Rövşən Muradov arasında Kişinyovda keçirilən görüşdə müzakirə edilmişdir.

Görüşdə Petru Luçinski cari ilin aprel ayında Bakıda keçirilmiş II Qlobal Açıq Cəmiyyətlər Forumunu yüksək qiymətləndirmişdir. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sabiq prezident və baş nazirlərdən ibarət üzvlərinin gələcəkdə dialoq-seminarlarının və bu üzvlərdən ibarət faktaraşdırıcı missiyanın təşkil olunmasını təklif etmişdir. Mərkəzin nümayəndəsi isə öz növbəsində Petru Luçinskinin bu təkliflərini qurumun digər üzvləri ilə müzakirə edəcəyini və layihələrin qısa zamanda reallaşması istiqamətində fəaliyyət göstərəcəyini bildirmişdir.

2012-ci ildə yaradılmış Nizami Gəncəvi Beynəlxalq Mərkəzi əsasən sabiq dövlət və hökumət rəhbərlərini birləşdirən qurumdur. Madrid Klubu ilə sıx əməkdaşlıq edən təşkilat Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə artıq bir neçə qlobal tədbir keçirmişdir.