YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanda internetin bu günü və sabahı” adlı forum keçirildi

Milli Qurtuluş günü ərəfəsində, iyunun 12-də Mingəçevir şəhərində “Aztelekom” İstehsalat Birliyinin təşkilatçılığı ilə “Azərbaycanda internetin bu günü  və sabahı” adlı forum keçirildi. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin tərəfdaş qismində təmsil olunduğu forum Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman, Təhsil  Nazirliklərinin dəstəyi və nümayəndələrinin iştirakı ilə keçirildi. Foruma Prezident Adminstrasiyasının rəsmisi, Milli Məclisin deputatları, yerli idarəetmə orqanlarının, əsasən gənclərlərlə işləyən qeyri-hökumət  təşkilatlarının, regionda fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin, İKT sahəsində ixtisaslaşmış regional müəssisə və təşkilatların, həmçinin, regionda xidmət təklif edən özəl internet provayderlərin nümayəndələri də dəvət olunmuşdu.

Forum iştirakçıları əvvəlcə Milli Lider Heydər Əliyevin abidəsini ziyarət etdilər.

Milli Qurtuluş günü ərəfəsində bu günün tarixini ehtiva edən film nümayiş olundu.

“Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov forumın işinə uğurlar arzuladı və birliyin genişzolaqlı internetin inkişafı istiqamətində gördüyü işlərə həsr edilmiş qısa videoçarx təqdim olundu.

Layihənin meneceri, “Aztelekom” İstehsalat Birliyinin Marketinq və Satış Departamentinin strateji araşdırmalar şöbəsinin rəisi Mədinə Əliyeva forumın məqsədi barədə məlumat verdi. Daha sonra Prezident Adminstrasiyasının Gənclərlə iş üzrə şöbəsinin müdiri Vüsal Quliyev, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov və başqaları  çıxış edərək forumun işinə uğurlar dilədilər.