YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Əli Əhmədov: Uğurlarımızın fundamental əsası Prezident İlham Əliyevin Azərbaycan cəmiyyətində yüksək nüfuzu, reytinqi ilə bilavasitə əlaqədardır

Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov 2015-ci ildə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin yekunlarını şərh edərkən qeyd etmişdir ki, 2015-ci il Yeni Azərbaycan Partiyası üçün hər şeydən əvvəl parlament seçkiləri ili kimi səciyyələnir: “YAP bu seçkilərin yüksək səviyyədə keçirilməsi üçün böyük əmək sərf etdi. Məmnunluq hissilə qeyd etmək istəyirəm ki, partiyamızın seçkilərdəki əzəmətli qələbəsinin fundamental əsası Prezident İlham Əliyevin Azərbaycan cəmiyyətində yüksək nüfuzu, reytinqi ilə bilavasitə əlaqədardır. Onun həyata keçirdiyi siyasətin vətəndaşlarımız tərəfindən dəstəklənməsi bizim seçki kampaniyamızda uğurumuzun əsasınızı təşkil edib. YAP-ın bir partiya olaraq təşkilati, insani resursları, fədakarlığı, irəli sürdüyümüz namizədlərin ayrı-ayrı dairələrdə nüfuzları da seçkilərin uğurla nəticələnməsində vacib rol oynayıb. Bütövlükdə, Yeni Azərbaycan Partiyasının malik olduğu bütün resurslar 2015-ci il parlament seçkilərinin uğur və nailiyyətlərinin əsasını təşkil edib”.

“Ümumiyyətlə, 2015-ci il bizim üçün uğurlu olub. Qarşıdakı illər ərzində - 2018-ci ilədək Azərbaycanda seçkilər keçirilməyəcək. 2016-2017-ci illər YAP üçün müəyyən mənada sakit dövrdür. Amma bu sakitlik bizim üçün nisbi xarakter daşıyır. Belə ki, 2018-ci ildə Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. 2016-2017-ci illəri partiyamızın prezident seçkilərinə hazırlıq mərhələsi kimi qiymətləndirməyimiz daha düzgün olardı. Biz bu illər ərzində YAP-ın daha da möhkəmləndirilməsi, sıralarının genişlənməsi və insanlar tərəfindən daha qətiyyətlə dəstəklənməsinə nail olacağıq ki, partiya daha böyük bir güc olaraq 2018-ci il prezident seçkiləri kampaniyasına qoşulsun. Əlbəttə, növbəti illərin öz çağırışları var. Yeni Azərbaycan Partiyası öz fəaliyyətini heç zaman yalnız seçkilərlə məhdudlaşdırmır. YAP Azərbaycanın ictimai-siyasi həyatında həmişə yaxından iştirak edib, ictimai-siyasi proseslərə öz imkanları daxilində təsir göstərib. Təbii ki, 2016-cı il bu mənada istisna olmayacaq. Partiyamız qarşıdakı illərdə iqtisadi-sosial sahədə layihələrin həyata keçirilməsində yaxından iştirak edəcək” – deyə, Əli Əhmədov bildirmişdir.