YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin yeni seçilmiş Prezidenti Reuven Rivlinə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin yeni seçilmiş Prezidenti Reuven Rivlinə təbrik ünvanladı.

Təbrikdə deyilir: “İsrail Dövlətinin Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsrail xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.”