YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistanın “Diplomatik Star” jurnalında “Azərbaycanın davamlı inkişafını təmin etmiş lider” sərlövhəli məqalə dərc olunmuşdur

Pakistanın diplomatik çevrələrində böyük nüfuza malik ingilisdilli “Diplomatik Star” jurnalında tanınmış jurnalist Mohsin Əlinin “Azərbaycanın davamlı inkişafını təmin etmiş lider” sərlövhəli məqaləsi dərc olunmuşdur. 

Azərbaycanın Pakistandakı səfirliyinin məlumatına görə, “İyunun 15-də Azərbaycan Milli Qurtuluş Gününü qeyd edir” sözləri ilə başlayan yazıda ölkəmizin müstəqilliyini bərpa etdiyi ilk vaxtlardan böyük çətinliklərlə üzləşdiyi diqqətə çatdırılır. Bu çətin və ağır günlərdə Azərbaycan xalqının öz ümidini yalnız Heydər Əliyevə bağladığı, xalqın israrlı tələbi ilə Ümummilli Liderin 1993-cü il iyunun 15-də siyasi hakimiyyətə qayıtdığı və bu günün azərbaycanlılar tərəfindən Milli Qurtuluş Günü kimi qeyd olunduğu bildirilir. 

Məqalədə müəllif Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu kursunu seçdiyi, ölkədə köklü iqtisadi və siyasi islahatlar apardığı, neft strategiyasını müəyyənləşdirdiyi qeyd olunur. Ulu Öndərin prezidentliyi dövründə Azərbaycanın bütün sahələrdə böyük nailiyyətlər əldə etdiyi, dünya ölkələri sırasında özünəməxsus yer tutmağa müvəffəq olduğu vurğulanır.

Yazıda Ümummilli Liderin parlaq gələcəkli Azərbaycan yaratması ideyalarının onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi qeyd olunur. Bu ideyalara sadiq olan Azərbaycan Prezidentinin ölkənin beynəlxalq arenada imicini daha da möhkəmləndirdiyi və Azərbaycanı dünyada ən yüksək templərlə inkişaf edən ölkələrdən birinə çevirdiyi diqqətə çatdırılır.

Jurnalist Azərbaycan xalqının Heydər Əliyevin xatirəsini daim əziz tutduğunu vurğulayır. Yazıda Heydər Əliyevin adını daşıyan və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun fəaliyyəti haqqında da məlumat verilir. Bu qurumun fəaliyyətinin Ümummilli Liderin Azərbaycanın inkişafı ilə bağlı ideyalarının həyata keçirilməsinə istiqamətləndiyi vurğulanır.