YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə İran arasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli əməkdaşlıq qurulur

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizinin dəvəti ilə iyunun 17-18-də Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri nəzərdə tutulmuşdur.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində İran-Azərbaycan yüksək texnologiyalar biznes-forumu keçiriləcəkdir. Forum sahibkarlar arasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli əməkdaşlığın qurulması və mövcud iqtisadi potensialdan yararlanaraq ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədi daşıyır.

Nazir Əli Abbasovun səfər çərçivəsində İranın müvafiq qurumlarının rəhbərləri ilə ikitərəfli görüşləri də planlaşdırılır. Bu görüşlər zamanı rabitə və informasiya texnologiyaları üzrə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı sərmayə yatırımı imkanları nəzərdən keçiriləcək, inkişaf perspektivləri müzakirə olunacaqdır.