YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının V plenar iclası keçirilir

İyunun 13-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) V plenar iclası işə başlamışdır.

İclasda üzv dövlətlərin nümayəndə heyətləri “TürkPA fəaliyyətinin məzmunu” mövzusunda müzakirələr aparırlar. Bundan başqa, daimi komissiyaların sonuncu toplantılarında təsdiqlənmiş hesabat məruzələri və tövsiyə qərarları müzakirə olunur.

Plenar iclasın gündəliyinə, həmçinin daimi komissiyaların sədr və sədr müavinlərinin seçilməsi, Azərbaycanda keçirilən prezident seçkilərinə dair TürkPA beynəlxalq müşahidəçilər missiyasının hesabatı və qurumun 2015-ci il üçün büdcəsinin təsdiqi də daxildir.