YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il 27,1 min nəfərdən çox şəxsi münasib iş yeri ilə təmin edib

Cari ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 27146 nəfər işsiz və işaxtaran vətəndaş münasib iş yerləri ilə təmin olunub.

Bu dövrdə işsiz və işaxtaran vətəndaşların əmək bazarında rəqabətə davamlı peşələrə yiyələnmələri, onların əmək bazarına çıxışının asanlaşdırılması üçün 3977 nəfər şəxs dərzi, kompyuter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, qənnadçı, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Həmçinin idarə,  müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında 1595 nəfər vətəndaş haqqı ödənilən ictimai işlərə göndərilib.

Yanvar-noyabr aylarında Dövlət Məşğulluq Xidmətinin Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları vasitəsilə əhalidən və ayrı-ayrı iş adamlarından təmir, tikinti, yaşıllaşdırma və s. ilə bağlı qəbul edilmiş sifarişlər əsasında 3774 nəfər şəxs  müvəqqəti xarakterli işlərlə təmin edilib.

 Qeyd olunan müddətdə gələcəkdə düzgün peşə seçmələrinə köməklik məqsədilə 99 687 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.