YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədrinin müavini Bahar Muradova Füzuli rayonunda sakinlərlə görüşmüşdür

Milli Məclis sədrinin müavini Bahar Muradova Füzuli rayonunda olmuş, sakinlərlə görüşmüşdür.

Aşağı Yağlıvənd kənd orta məktəbində keçirilən görüşdə Milli Məclis sədrinin müavini Bahar Muradova və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək ölkəmizdə gedən sürətli sosial-iqtisadi inkişafdan, əhalinin problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışmışlar.

Kənd sakinləri onlarla görüşə gəldiyinə, Milli Məclisin rəhbərliyində səmərəli fəaliyyətinə görə Bahar Muradovaya minnətdarlıqlarını bildirmişlər.
Görüşdə sakinlərin müraciətləri, arzu və təklifləri dinlənilmişdir. Bildirilmişdir ki, əhalinin əsas problemlərindən olan kəndlərarası avtomobil yolu yenidən qurulur və tezliklə istifadəyə veriləcəkdir. Uşaq bağçasının tikintisinə və əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına isə ehtiyac vardır.

Tədbirdə mövcud problemlərin həlli istiqamətində tədbirlər müəyyənləşdirilmişdir. Qaldırılmış məsələlərin bir çoxu yerindəcə həll edilmiş, bəzilərinin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Tədbirdə Aşağı Yağlıvənd kənd orta məktəbinin əlaçı şagirdlərinə və qabaqcıl müəllimlərə hədiyyələr verilmişdir.

 

 

DİGƏR Xəbərlər Arxiv