YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir" kitabının təqdimatı olub

Bu gün "İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir" kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin, dini konfessiyaların rəhbərləri və təmsilçiləri, dini icmalar və ictimaiyyət nümayəndələri iştirak edib. /Trend/

Tədbiri Komitənin sədri Mübariz Qurbanlı açaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən tolerantlıq siyasəti barədə danışıb. O qeyd edib ki, kitabda Prezident İlham Əliyevin din və tolerantlıq haqqında çıxışları yer alıb: "Əsas məqsəd Prezidentin dinlə bağlı fikirlərini toplu şəkildə kitab halında nəşr etdirmək və bununla da bu sahənin tədqiqatçılarına, bütövlükdə ictimaiyyətə yardım etməkdir".

Sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı qeyd edib ki, təqdimatı keçirilən kitab dini konfessiyalar üçün çox vacibdir: "Nəşr nümunələrimizdə ölkə rəhbərliyinin dinlə bağlı fikirləri işıq üzü görür. Dövlət başçısının dinlə bağlı düşüncələri ayrıca tədqiqat tələb edir".

Mərasim Dağ Yəhudiləri icmasının sədri Melih Yevdayev, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Arxiyepiskopu Arxiyepiskop Aleksandr İşein, Avropa yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç, Avropa yəhudilərinin Bakı icmasının sədri Gennadi Zelmanoviç və Alban-udi xristian dini icmasının sədri Robert Mobili, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete kitabla bağlı fikirlərini söyləyiblər.