YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Altay Həsənov: Bədii gimnastika üzrə Avropa çempionatı çox gözəl təşkil olunacaq

"Bakı üçüncü dəfədir ki, gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edir. Ümidvaram ki, bədii gimnastika üzrə 30-cu Avropa çempionatı da ötən çempionatlar kimi çox gözəl təşkil olunacaq". Bunu iyunun 13-15-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib.

Onun sözlərinə görə, paytaxta gələn gimnastlar parlaq çıxışları ilə azarkeşləri sevindirəcəklər. Onun sözlərinə görə, bu il bədii gimnastika üzrə Avropa çempionatı ötən illərdə keçirilən çempionatlardan fəqrli olaraq gözəl, yeni möhtəşəm arenada təşkil edilir: "Arena aprel ayında ölkə başçısı tərəfindən açılıb. Arenada hər cür şərait yaradılıb. Ona görə də ümidvaram ki, çempionat yüksək səviyyədə keçiriləcək".
A.Həsənov qeyd edib ki, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarında gimnastikanın 6 növü olacaq: "Ona görə də Avropa çempionatı bizim üçün böyük bir təcrübə olacaq".