YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlin sonuna kimi Bakıda ictimai nəqliyyat tamamilə gediş haqqının kartla ödənişi sisteminə keçəcək

Bakıda ictimai nəqliyyatda gediş haqqının kart sistemi ilə ödənişinin tətbiqi prosesi ilin sonuna kimi başa çatacaq. Bu barədə Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

Onun sözlərinə görə, bu layihənin reallaşdırılmasında xırda yubanmalar yaranıb: "Bunun obyektiv və subyektiv səbəbləri var. Lakin biz hesab edirik ki, bu sistemi tam təkmilləşdirəcəyik və vətəndaşların istifadəsinə verəcəyik".

Hazırda Bakıda cəmi 2500-ə yaxın avtobus çalışır və onların yeni sistemlə əhatə olunması prosesinin 2014-cü ilin sonunda başa çatdırılması planlaşdırılır.

 

DİGƏR Xəbərlər Arxiv