YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daha bir sabiq Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olacaqdır

Rumıniyanın sabiq Prezidenti İon İliesku Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olacaqdır.

Bu məsələ Buxarestdə İon İliesku ilə keçirilmiş görüşdə müzakirə edilmiş və razılıq əldə olunmuşdur.

Görüşdə Rumıniyanın sabiq Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə reallaşdırdığı Qlobal Açıq Cəmiyyətlər Forumunu, eləcə də sabiq dövlət və hökumət başçılarının öz təcrübələrini bölüşmələri üçün imkanlar yaradılmasının əhəmiyyətini yüksək qiymətləndirmişdir.

2012-ci ildə təsis olunmuş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə Ehud Barak, Viktor Yuşşenko, Mixeil Saakaşvili, Oskar Ribas, El-Keib kimi tanınmış siyasətçilər daxildir. Mərkəz üzvlüyündə olan sabiq prezidentlərin və baş nazirlərin sayına görə Cənubi Qafqazda, MDB-də və Asiyada mövcud olan ən böyük qurumdur.