YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qulu Novruzov: İnteqrasiya təhsilin inkişafında qaçılmaz yoldur

Azərbaycanda 12 illik təhsil sisteminə keçidlə bağlı mühim işlər həyata keçirilir. Hazırda mütəxəssislər 12 illik təhsilin məzmunu və stansdartları üzərində çalışılar. Bu barədə  Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov bildirib.

Q.Novruzov bildirib ki, instituta 12 illik təhsillə bağlı dövlət strategiyası çərçivəsində nəzərdə tutulan tapşırıqlar verilib. Onun sözlərinə görə, 12 illik təhsilin ilkin standartlarının layihəsi hazırlanıb və Təhsil Nazirliyinə təqdim olunub.

«Hazırda fənnlərin inteqrasiyası barədə müzakirələr aparılır. Bu gün Azərbaycanda tədris olunan fənnlərin sayı qabaqcıl ölkələrlə müqayisədə kifayət qədər çoxdur. İnteqrasiya təhsilin inkişafında qaçılmaz yoldur. Biz də bu istiqamətdə addımlamalıyıq»- deyə, Q.Novruzov vurğulayıb.