YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Gənclərimiz öz bilik və bacarıqları ilə ölkəmizin inkişafına öz töhfələrini verirlər

«Tələbə könüllülərin yüksək səviyyəli fəaliyyəti onların gələcək karyera imkanları qazanmasında böyük əhəmiyyət kəsb edir».  Bu fikri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, belə bir fəaliyyət gənclərin vətəndaş məsuliyyətinin formalaşmasında da müsbət rol oynayacaq. Onun sözlərinə görə, gələn ilin iyun ayında Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının təşkilində də tələbələr xüsusi fəallıq göstərəcəklər.

«Bu gün Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Gənclərimiz öz bilik və bacarıqları ilə ölkəmizin inkişafına öz töhfələrini verirlər»- deyə, nazir vurğulayıb.