YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Ümummilli lider Heydər Əliyevin apardığı mübarizə milləti və dövləti xilas etdi

«Ümumiyyətlə, 1993-cü ilin iyunun birinci yarısı bizim xalqımızın siyasi tarixində çox çətin dövr idi. Çünki həmin günlərdə ölkənin, dövlətin taleyi saatbasaat həll olunurdu. Yəni hadisələr olduqca sürətlə baş verirdi». Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Ümummilli lider Heydər Əliyevin iradəsi həmin çətinliklərin öhdəsindən gəldi. Onun sözlərinə görə, həmin günlərdə Heydər Əliyevin apardığı mübarizə milləti və dövləti xilas etdi. 

«Ölkənin inkişafı və beynəlxalq ailənin layiqli üzvü olmaq üçün Heydər Əliyev siyasətinin  davam etdirilməsi vacibdir. Ümummilli lider Heydər Əliyev kimi, cənab Prezident İlham Əliyevin fəaliyyətində də yalnız dövlət quruculuğu prosesi deyil, milli inkişaf quruculuğu prosesi də gedir»- deyə, komitə sədri vurğulayıb.