YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vahid Əliyev: Azərbaycan regionda ən qüdrətli orduya sahib dövlətdir

Bu gün Azərbaycan regionda ən qüdrətli orduya sahib dövlətdir. Düşmənlərimiz də bundan çox narahatdırlar. Biz hər zaman Ali Baş Komandaının əmri ilə işğal olunmuş torpaqlarımızı azad etməyə hazır olmalıyıq. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. İnşaallah biz o günü görəcəyik.

Bunu Azərbaycan Respublikası Prezidentinin Hərbi məsələlər üzrə köməkçisi, Prezident Adminstrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev Bakıda "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü" münasibətilə hərbi liseydə keçirilən təntənəli mərasimdə bildirib. /Trend/

O, həmçinin qeyd edib ki, bu işdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi zabitlərin də rolu olacaq.

V.Əliyev bildirib ki, 1971-ci ildə ulu öndər Heydər Əliyev bu məktəbi yaradanda ondan başqa heç kim məktəbin yaradılmasının son məqsədini bilmirdi: "Heç kim bilmirdi ki, vaxt gələcək Azərbaycan müstəqil dövlət olacaq. Amma ulu öndər Heydər Əliyev bilirdi".

Vaxtilə özü də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu olmuş V.Əliyev bu məktəbin yetişdirmələrinin üzərində əməyi olan hər kəsə münnətdarlığını bildirib: "Bu məktəbə, üzərimizdə əməyi olan müəllim və komandirlərə təşəkkür edirik ki, bizi layiqli əsgər kimi böyüdüblər".