YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səyyad Salahlı: Azərbaycanda milli-mənəvi dəyərlərə qiymət yüksək səviyyədədir

«Azərbaycan tolerantlıq nümunəsi kimi çıxış edir. Azərbaycan xalqı müxtəlif dinlərə mənsub insanlara olduqca humanist yanaşır. Tərəddüdsüz deyə bilərəm ki, Azərbaycan mənəvi baxımdan və dünyəvi dəyərləri qiymətləndirmək nöqteyi-nəzərindən müasir Avropa ölkələrinin bir çoxunu ötmüşdür». Bu fikirləri yap.org.az saytına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib.

S.Salahlı bildirib ki, bir çox məşhur dövlət və din xadimləri Azərbaycandakı tolerantlıq mühiti, dinlərə olan münasibətlə bağlı əhəmiyyətli fikirlər söyləyiblər. Onun sözlərinə görə, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərə qiymət yüksək səviyyədədir.

«Müstəqilliyə qədər Azərbaycanda 17 məscid var idisə, 2013-cü ilin dekabr ayına olan statistikaya əsasən, məscidlərin sayı 2000-dən çoxdur. Həmçinin, ölkəmizdə 12 kilsə (Bakıda 3 provaslav, 1 katolik, 1 lüteran, Gəncədə və Xaçmazda 1 pravoslav, Qəbələdə 1 alban-udi, Qaxda 4 gürcü-provaslav kilsəsi) var. Bununla yanaşı, ölkəmizdə 7 sinaqoq (Bakıda 2, Oğuzda 2, Qubada 3). mövcuddur. Ölkədə xristianlığın müxtəlif qollarına mənsub insanlar tərəfindən dini mərasimlərin icra edildiyi 26 ibadət evi var. Beləliklə, sadalananlar Azərbaycanın tolerantlığını göstərən mühüm faktlar olmaqla yanaşı, dünya xalqları üçün nümunədir»- deyə, S.Salahlı vurğulayıb.