YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə dövlət bayramı – Rusiya Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Bu gün Rusiya Federasiyası sosial-iqtisadi və ictimai-siyasi sahələrdə sanballı uğurlar qazanmış müasir dövlətdir. Sizin rəhbərliyinizlə həyata keçirilən genişmiqyaslı dəyişikliklər ölkənizin daha da inkişaf etməsinə şərait yaradır.

Xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri müxtəlif sahələrdə ümumi maraqları ehtiva edən uğurlu əlaqələrin möhkəm təməlini təşkil edir.

Əminəm ki, bu xeyirxah ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz, çoxplanlı Azərbaycan-Rusiya qarşılıqlı əlaqələri və strateji tərəfdaşlıq ölkələrimizin və xalqlarımızın firavanlığı, regionda sülh və sabitlik naminə bundan sonra da uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uğurlar, dost Rusiya xalqına isə sülh və firavanlıq arzu edirəm.”