YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qadınlar Şurasının üzvləri “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət almış neftçiləri ziyarət ediblər

Dekabrın 9-da Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının nümayəndələri Mərkəzi Neftçilər Xəstəxanasına gələrək “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın və qəza nəticəsində xəsarət alan neftçiləri ziyarət ediblər.

YAP Qadınlar Şurasının üzvləri  xəstələrin səhhəti və müalicəsi ilə maraqlanıb, onların sağlamlıq durumu barədə həkimlərdən məlumat alıb. Xəstəxanın şöbə müdiri Ədalət Abdullayev xəstələrin durumu haqqında məlumat verib və hazırda 12 nəfərin müalicə olunduğunu bildirib.

YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva belə bir faciəli hadisənin baş verməsindən təəssüfünü bildirib və qeyd edib ki, bu hadisə bütün Azərbaycan qadınlarını üzür: «Çünki qadın həm anadır, bacıdır, həyat yoldaşıdır. Həmin qəza nəticəsində həyatını itirən insanların anaları, bacıları, həyat yoldaşları kədər içindədirlər və biz də onların kədərinə qoşuluruq. Çünki bu hadisə bütün xalqımızın faciəsidir. Prezident İlham Əliyevin tərəfindən matəm elan olunması da hadisənin ümumxalq faciəsi səviyyəsində anıldığını təsdiqləyir».

N.Əliyeva qeyd edib ki, Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan 12 nəfərdən heç birinin həyatı üçün problem yoxdur. Çünki onların müalicəsi ilə peşəkar həkimlər məşğul olur. «Müalicə olanların hər biri ilə görüşdük, onlara Allahdan şəfa dilədik. Onlar xalqımızın qəhrəman övladlarıdır, çünki elə bir şəraitdə çalışırlar. Müalicə olanların bəziləri digər yoldaşlarının xilası üçün də köməklik göstəriblər. Biz belə oğullarımızla qürur duyuruq. Biz itkin düşənlərin tezliklə tapılmasını arzu edirik. Çünki onların ailələri, eləcə də bizlər çox nigaranıq»- deyə, YAP Qadınlar Şurasının sədri vurğulayıb.

Qeyd edək ki, YAP Qadınlar Şurası tərəfindən müalicə olunan neftçilərin hər birinə hədiyyələr təqdim olunub.