YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Bizim hərbi və iqtisadi gücümüz imkan verir ki, Ermənistanın işğalında olan torpaqlarımızı tez bir zamanda geri qaytaraq

«Prezident İlham Əliyev istər ölkə daxilində, istərsə də beynəlxalq müstəvidə keçirilən tədbirlərdə hər zaman Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin  qurulmasına yol  verilməyəcəyini bəyan edib. Bu bəyanatı verməklə ölkə rəhbəri  bütün dünyaya, beynəlxalq təşkilatlara bir ismarıc vermiş olur. Belə ki, bəzi xarici dövlətlərin, beynəlxalq təşkilatların ermənilərə havadarlıq etmələrinə baxmayaraq, işğal olunmuş 20 faiz torpaqlarımızın bir qarışını da güzəştə getməyəcəyik». Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Ermənistan adlanan dövlətin yerləşdiyi ərazi bütövlükdə Azərbaycanın tarixi torpaqlarıdır.  Onun sözlərinə görə, bunu təkcə biz deyil, həm də müxtəlif ölkələrin alimləri tarixi mənbələrə istinadən söyləyirlər.

«Bu gün Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətləri deməyə əsas verir ki, torpaqlarımızı düşmən tapdağından azad etməyə bizim həm hərbi gücümüz, həm də iradəmiz var. Bu gün Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Bizim hərbi potensialımız, iqtisadi gücümüz imkan verir ki, Ermənistanın işğalında olan torpaqlarımızı tez bir zamanda geri qaytaraq. Buna hər kəs əmin olmalıdır»- deyə, E.Məmmədov qeyd edib.