YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda İƏT-in rəhbər komitəsinin ilk iclası keçiriləcək

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) əmək nazirlərinin ikinci Konfransının qərarına əsasən təsis edilmiş Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı çərçivə sənədinin icrası üzrə Rəhbər Komitə cari ilin 17-18 iyun tarixlərində Bakıda ilk iclasını keçirəcək.

ƏƏSMN-in mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Komitəyə üzv ölkələrin aidiyyəti dövlət qurumlarının yüksək səviyyəli rəsmilərinin, İƏT-in Katibliyi və tabe qurumların, Beynəlxalq Əmək Təşkilatının nümayəndələrinin iştirakı nəzərdə tutulur. İclasda Rəhbər Komitənin üzvləri tərəfindən əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığı nəzərdə tutan Çərçivə sənədinin icrası məqsədilə hazırlanmış Fəaliyyət Planının müzakirəsi və İƏT-in Əmək Nazirlərinin növbəti konfransına müvafiq hesabatın təqdim edilməsi planlaşdırılır.