YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin bülletenləri Azərbaycan dilində də çap olunacaqdır

Gürcüstan Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, iyunun 15-də ölkədə yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə iştirak etmək üçün 3.429.748 seçici qeydə alınmışdır.

MSK-dan onu da bildirmişlər ki, artıq Tbilisi şəhərindəki 11 mətbəədə seçki bülletenlərinin çapına başlanılmışdır. Ümumiyyətlə, cəmi 9.611.100 bülleten çap ediləcəkdir. Bülletenlərdən 748.500 ədədi Azərbaycan və başqa milli azlıqların dillərində çap olunacaqdır.

Bülletenlərin çap olunması prosesinə qeyri-hökumət təşkilatlarının və MSK-nın nümayəndələri nəzarət edirlər.