YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 30-dan dekabrın 4-dək Sarayevo şəhərində (Bosniya və Herseqovina) NATO-nun 2-ci regional kollektiv təlim planlaşdırma kursu, noyabrın 30-dan dekabrın 5-dək Belqrad şəhərində (Serbiya) ATƏT-in nazirlər şurasının növbəti görüşü, noyabrın 30-dan dekabrın 11-dək Vişkov şəhərində (Çexiya Respublikası) sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.