YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri başladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Belarusa rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək və gül dəstəsi təqdim etdilər.

Azərbaycan Prezidentini Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.