YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN: Türkiyə və Azərbaycan arasında münasibətlər bütün səviyyələrdə çox yaxşıdır

Türkiyə və Azərbaycan arasında münasibətlər bütün səviyyələrdə çox yaxşıdır və bundan sonra da belə olacaq. Bunu Bakıda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O, ötən gün Bakıda iki polisin öldüyü hadisələrlə əlaqədar başsağlığı verib: "Biz terrorun istənilən forma və təzahürünü pisləyirik".

M.Çavuşoğlu qeyd edib ki, Azərbaycan və Türkiyə terrorla mübarizə məsələsində həmrəydirlər: "Hər iki ölkə artıq terror təhdidləri ilə üzləşib və onlara qarşı birgə mübarizə apara bilər".