YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pan Gi Mun dünya ölkələrinə çağırış edib

BMT-nin baş katibi Pan Gi Mun iqlim dəyişikliyinə qarşı vahid cəbhədən çıxış etməyə, ekstremizm və yoxsulluqla mübarizədə tərəfdaşlığa çağırıb.

Bunu baş katib Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının dövlət başçıları sammitində bildirib. O qeyd edib ki, silahlı ekstremizm, iqlim dəyişikliyi, miqrantların ağır vəziyyəti kimi problemlər beynəlxalq əhəmiyyət kəsb edir və yalnız qarşılıqlı əlaqədə həll edilə bilər. Pan Gi Mun bildirib ki, Suriya və Yaxın Şərqdə baş verənlər, dəhşətli terror hadisələri bütün bəşəriyyətə qarşı çağırışdır.