YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişlər

Yeni Azərbaycan Partiyasının İdarə Heyəti və Siyasi Şurasının üzvləri, partiyanın Qadınlar Şurası və Gənclər Birliyinin nümayəndələri, eləcə də partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının sədrləri YAP-ın yaranmasının 23 illiyi münasibətilə noyabrın 21-də Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.