YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

1991- ci il oktyabrın 18-i müasir Azərbaycan dövlətçiliyi tarixində mühüm səhifələrdən biridir

   Milli Məclisin deputatı, tarix elmləri doktoru Musa Qasımlı

- Musa müəllim, məlum olduğu kimi 18 oktyabr  tarixi Azərbaycanda Müstəqillik Günü kimi qeyd olunur. 18 Oktyabr Azərbaycan Respublikasının  Müstəqillik Gününün tariximizdə yeri və rolu haqqında nə deyə bilərsiniz?

- 1991- ci il oktyabrın 18-i müasir Azərbaycan dövlətçiliyi tarixində mühüm səhifələrdən biridir. Hələ SSRİ-nin mövcid olmasına baxmayaraq, xalqımız dövlət müstəqilliyini bərpa etdi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu. Buna qədər isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda muxtar respublikaının adında “sovet”, “sosialist” ifadələrindən imtina edilmiş, Cümhuriyyət bayrağı dövlət bayrağı olaraq qəbul edilmiş və Bakıya tövsiyə edilmişdi ki, Xalq Cümhuriyyətinin dövlət atributları qəbul edilsin. Bununla da, Naxçıvan müasir müstəqil dövlətimizin təməllərinin atıldığı yer oldu.

- Müstəqilliyimizin ilk illərində Azərbaycan parçalanmaq təhlükəsi ilə üz üzə qalmışdı. Belə bir şəraitdə Azərbaycanda hakimiyyətə qayıdan Ümummilli Liderimiz Heydər Əliyevin müstəqilliyimizin qorunması istiqamətindəki xidmətləri ilə bağlı fikirlərinizi bilmək istərdik...

- Dövlət müstəqilliyinin ilk illərində-1991-1993- cü illərdə Azərbaycanda ümumi böhran hökm sürürdü. Daxildə xalq və hakimiyyət, hakimiyyətin qanadları arasında uçurum yaranmışdı. İctimai-siyasi, iqtisadi, mənəvi- psixoloji böhran mövcud idi. Eyni zamanda, ölkəmiz xaricdən dəstəklənən separatçılıqla üz-üzə qalmışdı. Xarici siyasət də böhran içində idi. Ermənistanın hərbi təcavüzü davam edir, torpaqlarımız işğal edilirdi. Xalqın sabaha ümidi yox idi. Ölkəni böhrandan çıxara bilməyən hakimiyyət xalqın istəyi qarşısında geri çəkilərək Ulu Öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Beləliklə, Heydər Əliyev Azərbaycanı dağılmaqdan xilas etdi, separatçılığın kökünü kəsdi, müasir Azərbaycan dövlətinin qurucusu oldu.

Ulu öndərin misilsiz xidmətləri tariximizə qızıl hərflərlə yazılıb. Çünki Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməzliyini təmin edib.

- Bu gün artıq Azərbaycan güclü bir dövlətdir. Azərbaycanın müasir inkişafı ilə bağlı düşüncələriniz nədən ibarətdir?

- Bu gün cənab Prezidentimiz İlham Əliyevin liderliyi ilə Azərbaycan Respublikası dünyanın ləyaqətli, sözü və işi bir olan, gözəl perspektivləri olan dövlətidir. Gücünü millətdən alan bu siyasətin alternativi yoxdur.

- Musa müəllim, yeri gəlmişkən, bir məsələyə də münasibətinizi bilmək istərdik. Bugünlərdə Bakı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirildi. Bu görüşün əhəmiyyəti nədən ibarətdir?  

- Türk dünyasının müstəqil dövlətlərinin  bir araya gəlməsi dövlətlərimizin gücünə güc qatır, beynəlxalq mövqelərimizi möhkəmləndirir. Bu birliyin böyük potensialı və yaxşı gələcəyi vardır.