YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Heydər Əliyev Azərbaycanı xaosdan, anarxiyadan, vətəndaş qarşıdurmasından xilas edərək, tərəqqi, inkişaf yoluna çıxardı

   YAP Siyasi Şurasının üzvü, Beyləqan RİH-nin başçısı Vaqif Abdullayev

- Vaqif müəllim, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilməkdədir. Bu uğura əsas yaradan amillər barədə fikirlərinizi bilmək istərdik...

 - Təbii ki, uğurlara yol açan əsas amil düzgün təmələ əsaslanan siyasətdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, biz çalışmalıyıq ki,  Azərbaycan bundan sonra da yalnız yüksələn xətlə inkişaf etsin.  Cənab İlham Əliyev bildirmişdir: «Buna nail olmaq üçün əlbəttə ki, hamımız çox fəal işləməliyik. Deyə bilərəm ki, cəmiyyətdə də çox gözəl ab-hava vardır. Cəmiyyət bizim siyasətimizə öz səsini əlavə edir. Bu dəstək olmasa idi, biz bu nailiyyətlərə çata bilməzdik. Ona görə gələcək illərlə bağlı konkret proqramların icrası nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil edilməlidir. Qeyri-neft sektorunun inkişafı davam etdirilməlidir. Yüksək texnologiyaların inkişafı təmin ediləcəkdir.» Dövlət başçısının bu fikirləri qarşıdakı planlara işıq salmaqla yanaşı, uğurların davamlılığının təmin edilməsində səylərin birləşdirilməsinin vacib amil olduğunu da   təsdiqləyir.

Uğurlarımız ən əsası  seçilən yolun düzgün, gələcəyə hesablanmış olduğunu  təsdiqləyir.  Azərbaycanı daim qüdrətli ölkə kimi görmək istəyən ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı sayəsində ölkədə yaradılan sabitlik, normal iqtisadi mühit, demokratik inkişaf bugünkü uğurların təməlidir. 1993-cü il 15 iyunun tarixə Milli Qurtuluş Günü kimi daxil edilməsi də səbəbsiz deyil. Xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan, vətəndaş qarşıdurmasından xilas olan Azərbaycan tərəqqi, inkişaf yoluna çıxdı, bugünkü uğurlara geniş yol açıldı. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, dünya birliyində yeri və roluna, nüfuzuna və siyasi çəkisinə də öz müsbət təsirini göstərdi. Dahi şəxsiyyət Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirmişdir ki, heç bir dövlət qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi, səylərin birləşdirilməsi olmadan təkbaşına iqtisadi inkişafa nail ola bilməz. 1994-cü il sentyabarın 20-də «Əsrin müqaviləsi»nin imzalanması ilə Azərbaycan birgə addımların atılmasında maraqlı olduğunu bir daha nümayiş etdirdi. Müqavilənin imzalanması ilə ölkəmizin iqtisadi qüdrətinin, dünya iqtisadi sisteminə inteqrasiyanın təməli qoyuldu. Çoxlarına əfsanə kimi görünən BTC BTƏ neft-qaz kəmərləri gerçəkləşdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, «Əsrin müqaviləsi» imzalanmasaydı, BTC və BTƏ neft-qaz kəmərlərindən, həmçinin bu gün «Cənub» Qaz Dəhlizindən danışmaq mümkün deyildi.

- Regionların sosial-iqtisadi inkişafına dair  Dövlət Proqramının hər bir mərhələsində rayonların malik olduğu potensialdan səmərəli istifadə vacib amil kimi önə çəkilərək, ayrı-ayrı bölgələrdə görüləcək işlər konkret olaraq açıqlanır. Üçüncü mərhələdə nəzərdə tutulan vəzifələrin icrası qarşıdakı illər üçün hansı əminliyi yaradır?

- Hazırda bütün bölgələr arasında sağlam rəqabət gedir. Quruculuq, abadlıq işlərinin geniş vüsət alması uğurlu sosial-iqtisadi göstəricilərin nəticəsidir. Bu gün fəxrlə qeyd etdiyimiz iqtisadiyyatın şaxələndirilməsi də uğurlu neft siyasətinin məntiqi davamıdır.  Dövlət başçısı İlham Əliyev bildirir ki,   XXI əsrin ilk onilliyi insan cəmiyyətinin öz inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu ortaya çıxarmış oldu. Bəşəriyyətin  üzləşdiyi qlobal problemlər ənənəvi iqtisadi və sosial inkişaf  modelinə yenidən baxmağı tələb edir. Gələcək nəsillərin inkişaf və rifah içində yaşaması  bugünkü çağırışlara düzgün cavabların tapılmasından  çox asılıdır. Hazırkı dövrün əsas çağırışlarından biri yoxsulluqla mübarizədir ki,  Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar təqdir edilir. Bu gün ölkəmizdə yoxsulluq həddinin, işsizliyin   5 faizə enməsi Dövlət Proqramlarının uğurlu icrasının nəticəsidir.     Dövrümüzün aktual problemlərinə çevrilən yeni iqtisadi və sosial çağırışlara dair fikir mübadiləsi aparmaq  niyyəti ilə dünyanın müxtəlif ölkələrindən  siyasətçilərin, alimlərin,  ictimai xadimlərin Bakıya toplanması ölkəmiz haqqında ətraflı məlumatların əldə olunması, həyata keçirilən islahatlar və  onların nəticələrini əyani olaraq görmək imkanına malik olmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu fikir Prezident İlham Əliyev tərəfindən hər zaman qeyd edilir ki, müasirləşmək, yeniləşmək dövlətimizin siyasətinin əsasını, inkişafa aparan yolun baş xəttini təşkil edir.   Düşünülmüş və  planlı şəkildə aparılan  islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik bir dövlətə çevirmiş, nüfuzlu və etibarlı tərəfdaş kimi dünyada tanıtmışdır. Ölkə Prezidenti bu reallığı da qeyd edir ki, əvvəlki dövrlərdə Azərbaycan haqqında məlumat vermək, təqdimatlar etmək üçün müxtəlif ölkələrə nümayəndələr göndərilirdisə, bu gün respublikamızın beynəlxalq tədbirlərin keçirilməsi üçün önəmli məkana çevrilməsi həqiqətlərimizin təbliğinə geniş imkanlar yaradır.  Bu gün ölkəmiz çox güclü iqtisadi əsaslarla inkişaf edən ölkədir.
Dünya İqtisadi Forumunun dərc etdiyi «Qlobal rəqabətədavamlılıq hesabatında» Azərbaycan 38-ci  yeri tutmaqla, MDB-də ən rəqabətədavamlı iqtisadiyyata malik olduğunu sübut etmişdir. Azərbaycanın iqtisadi inkişaf  dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şəxələndirmənin nəticəsi olaraq  qeyri-neft sektoru  üstün artım tempinə malikdir.

Bu günlərdə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dövlət başçısı İlham Əliyev bir daha bildirmişdir ki, qeyri-neft sektoru prioritet olaraq qalacaq.  Cari ilin ötən dövründə  ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru 7 faiz artıb. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir: «Bu da son illər ərzində aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində  mümkün olmuşdur. Çünki uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyatımız dayanıqlı surətdə inkişaf etsin, bir sektordan- neft-qaz sektorundan asılı olmasın.»

Ölkənin hərtərəfli inkişafında regionların malik olduğu potensialdan səmərəli istifadəni qarşıya mühüm vəzifə kimi qoyan dövlət başçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, təsdiqlədiyi Dövlət Proqramları hər bir rayon rəhbərliyinin qarşısında konkret vəzifələr qoyur. Möhtərəm Prezidentimiz İlham Əliyev qeyd etdiyimiz konfransda bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir: «Bu gün bu salonda bütün rayonların, şəhərlərin icra hakimiyyəti başçıları, tanınmış biznes strukturlarının rəhbərləri  əyləşiblər. Yəni, bu proqramın icrası məsələsi böyük dərəcədə sizin fəaliyyətinizdən asılı olacaq.»

- Qeyd olunduğu kimi, əsas hədəf çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılmasıdır. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası bu məqsədə nail olmağa hansı əsası yaradır?

- Dövlət başçısı  İlham Əliyevin sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2020: gələcəyə baxış»” İnkişaf Konsepsiyası geniş, müxtəlif istiqamətli olmaqla   qarşıdakı illər üçün nəzərdə tutulan prioritetləri    əhatə edir.  Planlı iqtisadiyyatı əvəz edən bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən müasir modelin bərqərar olması,  sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açır.
Prezident İlham Əliyevin vurğuladığı kimi 2013-2020-ci illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın hədəfi inkişaf etmiş ölkələrlə eyni sırada addımlamaq, qeyri-neft sektorunun hərtərəfli inkişafına nail olmaqdır.  Bu günədək üç dəfə artan ÜDM-nin daha iki dəfə artırılması, dövlətlə özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaların tətbiqi, iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan yeni cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi  Konsepsiyanın başlıca məqsədi və istiqamətidir.  Regionda liderlik səviyyəsinə yüksələrək beynəlxalq mövqelərini daha da gücləndirən, enerji təhlükəsizliyi sahəsində həlledici söz sahibi olan, Asiya və Avropa arasında strateji nəqliyyat dəhlizinə çevrilən Azərbaycanda  ölkə daxilində aparılan islahatlar uğurla nəticələnir. Yaxın 10 il üçün müəyyən edilmiş prioritetləri isə Azərbaycanın  inkişaf potensialının, milli iqtisadiyyatımızın dünya iqtisadi sisteminin ayrılmaz tərkibinə çevirməkdir.
Bunun üçün möhkəm təməl formalaşıb. Qeyd etdiyimiz kimi,  bütün sahələr üzrə qəbul edilmiş proqramlar həyata keçirilir və Azərbaycanda artıq yeni mərhələdə kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid başlayıb. Qeyd olunduğu kimi  İnkişaf Konsepsiyası bu yeni mərhələnin aydın proqnozlaşdırılmış mənzərəsini ortaya qoyur.   2020-ci ildə hədəf götürülən iqtisadi, siyasi, sosial parametrlər və meyarlarla bugünkü səviyyə arasındakı fərqlərin aradan qaldırılması, konsepsiyanın və strateji planlaşdırmanın başlıca mahiyyətini və məzmununu təşkil edir.

Qeyd etdiyimiz kimi, ölkəmizdə  özəl sektor sürətlə inkişaf edir. Ölkədə yeni istehsal müəssisələrinin və iş yerlərinin  artması, sahibkarların birbaşa ünsiyyətdə olduğu dövlət qurumlarında elektron xidmətlərin tətbiqi sərmayədarların işini daha da asanlaşdırıb.  Ümumi daxili məhsulda qeyri-neft sektoru artıq 55 faizdən çoxdur.  Qeyd edək ki, dövlət başçısı dəfələrlə öz çıxışında hökumətin sahibkarlıq subyektlərinə dəstək olduğunu bildirərək iş adamlarına üzləşdikləri problemlərlə bağlı müvafiq instansiyalara məlumat vermələrini tövsiyə edib: «Mən çox şadam ki, Azərbaycanda özəl sektor inkişaf edir. Yerli sahibkarlar Azərbaycan iqtisadiyyatına sərmayə qoyurlar. O sahələrə ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. O sahələrə ki, hələ biz idxaldan asılıyıq. Eyni zamanda, çox şadam ki, Azərbaycanda məhz müasir sənaye müəssisələri yaradılır. Bu müəssisələr bundan sonra uzun illər ərzində Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edəcək. Ümumilikdə isə biz iqtisadiyyatımızın şaxələndirilməsi işində müsbət nailiyyətlərə çatmışıq.»

Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı uğurlar fonunda dövlət başçısı İlham Əliyevin sərəncamı ilə işlənib hazırlanan və təsdiq olunan «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası beynəlxalq səviyyədə də davamlı inkişafın yol xəritəsi kimi dəyərləndirilir. Qarşıdakı illər üçün  ümumi daxili məhsulun daha 2 dəfə artırılmasının əsas hədəf kimi müəyənləşdirilməsi təbii ki, ötən ilin uğurlarına söykənir. Azərbaycanın öz iqtisadiyyatını düzgün əsaslar üzərində qurması dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uğurla çıxmasını şərtləndirdi. İqtisadi böhranın başlandığı 2008 və 2009-cu illərdə Azərbaycan iqtisadi inkişafı ilə dünyanın diqqət mərkəzində oldu. Məhz möhkəm təmələ əsaslanan siyasət nəticəsində həyata keçirilən sosial-iqtisadi islahatlar bu günə qədər ümumi daxili məhsulun 3 dəfədən çox artımını təmin etmişdir.

Ümumiləşdirmə aparsaq, bu fikri böyük inam və qətiyyətlə qeyd edə bilərik ki, Azərbaycanı qarşıdakı illərdə daha böyük uğurlar gözləyir. Müasirləşməni, yeniləşməni, modernləşməni həyata keçirdiyi  siyasətin önündə saxlayan  bir ölkədə tərəqqi, davamlı inkişaf qaçılmazdır.  Özünü dünyaya iqtisadi inkişaf baxımından möcüzələr ölkəsi, həmçinin  sosial dövlət kimi təqdim edən  Azərbaycanın qarşısında  yeni-yeni imkanlar açılır.