YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Uğurlu inkişaf modeli Azərbaycanı beynəlxalq müstəvidə etibarlı tərəfdaşa çevirib

Müsahibimiz Milli Məclisin deputatı Fuad Muradov

-  Fuad müəllim, 2014-cü ilin nəticələrini  Azərbaycanın inkişafı baxımından necə qiymətləndirirsiniz?

- 2014-cü il Azərbaycan üçün uğurlu il olub. Prezident İlham Əliyevin yürütdüyü siyasi kurs sayəsində ötən il ölkəmizin ictimai-sosial-iqtisadi həyatında bir sıra ciddi irəliləyişlərə nail olunub.  Dövlət başçısı bu günlərdə Nazirlər Kabinetinin iclasında çıxışı zamanı qeyd etdiyi kimi  keçən il dünyada gərginlik içində keçsə də Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilib. Ölkəmizin təhlükəsizliyi təmin edilib, iqtisadi və sosial proqramlar icra olunub.
Qeyd edim ki, ölkə Prezidentinin yürütdüyü bu kursun əsas hədəfi dayanıqlı iqtisadiyyata söykənən milli sosial-iqtisadi modeldir. Bu modelin əsas hədəfi isə dünya iqtisadiyyatına inteqrasiya və Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsidir. Azərbaycanın dinamik inkişafı göz önündədir. Bu siyasət nəticəsində Azərbaycan özünün  ərzaq və enerji təhlükəsizliyini təmin etməklə  siyasi və iqtisadi müstəqilliyinə nail ola bilib. Bu baxımdan, ötən il ölkəmizin inkişafı üçün atılan uğurlu addımlarla zəngin olub. 
2014-cü ildə Azərbaycan iqtisadiyyatının diversifikasiyası istiqamətində görülən işlərlə yadda qalıb. Cənab Prezident öz çıxışlarında daim bunu bir prioritet kimi vurğulayır. Neft  gəlirlərini qeyri-neft sektoruna yönəltmək və burada əhəmiyyətli nəticələr əldə etmək  əsas hədəf olaraq götürülüb. Ölkənin iqtisadi inkişafının  ən böyük məqsədlərindən biri sənayenin inkişafına nail olmaqdır. Bu baxımdan, dövlət başçısı tərəfindən 2014 –cü ilin  "Sənaye ili” elan edilməsi həm də iqtisadiyyatın diverfikasiyası baxımından əhəmiyyətli oldu. Rəsmi açıqlamlara görə, keçən il Azərbaycanda  230-dan çox sənaye müəssisəsi yaradılıb. 
Sənayeləşmənin əsas məqsədlərindən biri inkişafın paytaxtdan regionlara transfer olunmasından ibarətdir. Rayonlarda sənaye məhəllələrinin yaradılması hər bir rayonda sənayenin inkişfına nail olmaqdan xəbər verir. Bununla əlaqdar ötən il Prezident İlham Əliyev tərəfindən ölkədə sənaye parklarının yaradılması ilə bağlı sərəncamın imzalanması vacib addım idi. Bu regionların inkişafına, ölkə iqtisadiyyatında regionların payının artmasında öz rolunu oynayacaq. Qeyd edim ki, sənayeləşmə "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında hökumət  tərəfindən prioritet elan edilən sektordur. 
2014-cü ilin yekunları ilə bağlı  Heydər Əliyev Fondunun və Fondun rəhbəri Mehriban xanım Əliyevanın məhsuldar fəaliyyətini xüsusi qeyd etmək lazımdır.  Ötən il Fondun təşəbbüsü ilə təhsil müəssələrinin tikintisi və açılş mərasimləri ilə əlamətdar olub. 
Eyni zamanda vurğulayım ki, Milli Məclisdə ötən il qəbul olunmuş 2015-ci ilin dövlət büdcəsi dövlətimizin əldə etdiyi uğurların və təcrübənin bir daha təsdiqidir.  Bu ilin dövlət budcəsinin gəlirləri 19,438 milyard manat, büdcənin xərcləri isə 21,1 milyard manat  səviyyəsində təsdiqlənib. Bu, ÜDM-in 32,5 faizini təşkil edir.  Bununla Azərbaycan özünün dövlət büdcəsi ilə Cənubi Qafqaz regioununda ən güclü iqtisadiyyata malik olduğunu göstərir. 2014-cü ildə “Əsrin müqaviləsi”nin 20 ili tamam oldu. Azərbaycan bu müqaviləni imzalamaqla Avropanın enerji təhlükəsizliyinin mühüm bir həlqəsinə çevrilib.
Ümumilikdə demək olar ki, 2014-cü il ictimai-sosial və humanitar sahədə baş verən xeyli zəngin hadisələrlə yadda qaldı. 

- Azərbaycan uğurlu xarici siyasət həyata keçirməkdədir. Bu baxımdan, ötən il ölkəmizin beynəlxaq müstəvidə əldə etdiyi nailiyyətlər barədə nə deyə bilərsiniz?

- Prezident  İlham Əliyev tərəfindən yürüdülən siyasət ölkəmizin sosial-iqtisadi inkişafını təmin etməklə yanaşı  Azərbaycanı beynəlxalq iqtisadi sistemə inteqrasiya edib. Bu gün Azərbaycan dünyada hörmətlə yanaşılan bir dövlətdir. 
Uğurlu inkişaf modeli Azərbaycanı beynəlxalq müstəvidə etibarlı tərəfdaşa çevirib. 
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də Avropa İttifaqı ilə davamlı və səmərəli münasibətlərin qurulmasıdır. Bu münasibətlərin əsası ölkəmizin 1996-cı ildə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi və Avropa Qonşuluq Siyasətinə qoşulması ilə qoyulub. Qeyd edim ki, bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün geniş dialoq məkanı mövcuddur. Şərq Tərəfdaşlığı platforması, AVRONEST və digər təsisatlar çərçivəsində mütəmadi görüşlər keçirilir, tərəflər arasında hüquqi, siyasi, iqtisadi, ticari, sosial, regional əməkdaşlıq imkanları, Avropa İttifaqının müxtəlif yardım proqramları müzakirə edilir. 
Ötən il bu baxımdan  “Cənub” qaz dəhlizi”nin təməlinin qoyulması ilə əlmətdar oldu. Bu layihə Prezident İlham Əliyevin siyasi iradəsinin təcəssümü oldu. “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyini təmin edilməsində səhifə olmaqla ölkəmizə öz təbii sərvətlərini Avropa bazarlarına nəql etmək imkanı verəcək. Rəsmi Bakı dəfələrələ bəyan edib ki, Azərbaycan bu istiqamət üzrə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına hər zaman hazırdır. 
Bu layihənin həyata keçirilməsi Avropanın ölkəmizin enerji resurslarına çıxışını təmin edəcək. Qeyd edim ki, aparılan bu işlər qardaş Türkiyə ilə birgə görüləcək. 
Fəxrlə vurğulamaq lazımdır ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər dünya miqyasında da diqqətlə izlənilməkdə, geniş tədqiqat predmetinə çevrilib. Böyük müvəfəqqiyətlə həyata keçirilən “ASAN” xidmətinin işi Avropa ölkələrində böyük maraq doğurub. 
Ölkəmizin inkişaf prosesinin  innovativ xarakter daşıması artıq beynəlxalq miqyasda təqdir olunur. Elə bunun nəticəsidir ki, dünyanın ən nüfuzlu iqtisadi institutlarının araşdırmalarında, hesabatlarında Azərbaycana böyük diqqət yetirilir, ölkəmizlə bağlı göstəricilər təqdir olunur. Dünya İqtisadi Forumunun yeni hesabatında Azərbaycanla bağlı mövqe bunu təsdiqləyən növbəti addım oldu. Azərbaycan dünyada sülhün təmin olunmasının ardıcıl tərəfdarı kimi çıxış edir. Bizim beynəlxaq müstəvidə apardığımız siyasətin əsas hədəfi Azərbaycanın malik olduğu tolerantlıq və mültkultualizm ənənələrinin etnik  və dini dözümsüzlük  girdabına düşən bu günkü gərgin dünyada bir xilas yolu olmasını nümayiş etdirməkdir. 

- Sizcə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından başa vurduğumuz il necə yadda qaldı?

- 2014-cü ildə də əvvəlki illərdə olduğu kimi Dağlıq Qarabağ münaqişəsinin həlli Prezident İlham Əliyevin apardığı siyasətin əsas prioritetlərindən olub. 2014-cü ildə Rusiya və Fransa prezidentlərinin, ABŞ dövlət katibinin vasitəçiliyi ilə aparılan sülh danışıqları bu baxımdan aktual olub. Dövlət başçısı son çıxışında bu danışıqlarla bağlı vəziyyəti, o cümlədən, ATƏT-in Minsk qrupunun səmərəsiz vasitəçiliyini tənqid edib. Aydın görünür ki, Ermənistan sülh əldə olunmasını istəmir. Rəsmi Yerevan danışıqlardan qaçaraq vaxtı uzatmaq və vəziyyəti indiki kimi saxlamaq niyyətindədir. Odur ki, Azərbaycanın haqlı olaraq səsləndirdiyi “status-kvo” dəyişdirilməsi barədə çağırışlarını qəbul etmir. Çox təəssüf ki, beynəlxaq vasitəçilərin də bu məsələdə ikili yanaşması problemin sülh yolu ilə həllinə əngəl yaradan  amilə çevrilib. Beynəlxalq birlik işğalçı dövlətə qarşı ciddi addımlar atmalıdır. Fikrimcə, Avropa ölkələri Dağlıq Qarabağ münqaşisənin həllinə ciddi diqqət yetirməlidir. Çünki problemin həllinə bu ölkələrin təsir imkanları böyükdür.  Bütün bunlara baxmayaraq, ölkəmiz münaqişənin sülh yolu ilə həll edilməsinə ümidini itirməyib. Regionda təhlükəsizliyin təmin olunmasının əsas şərtlərindən biri Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. 

- Fuad müəllim, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyəti nədən ibarətdir?

- Ötən il Azərbaycan gəncləri üçün uğurlu olub. Hazırda ölkə əhalisinin 65 faizini 35 yaşadək olan gənclər təşkil edir. Yəni gənclər ölkədə baş verən proseslərdə həm təşəbbüskar, iştirakçı və bu işləri həyata keçirəndir.  Xüsusi olaraq vurğulamaq istərdim ki, gənclər sektorunun  intibahının təməli Ümummilli liderimiz Heydər Əliyevin zamanında başlanıb. Prezident İlham Əliyevin gənclər siyasəti bu müstəvidə böyük dəyişikliklərin əsasını qoyub. Dövlət başçısının imzaladığı  “Gənclər siyasəti” haqqında dövlət Proqramı, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” unikal imkanlar yaradıb. Elə bu proqramın verdiyi imkanlar ötən ilin mənzərəsində də öz izini qoyub. 2014-2015-ci tədris ilində azərbaycanlı gənclərə Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət etmək imkanı verilib.  Gənclər Fondu ən kreativ və iddialı layihələri maliyyələşdirməklə gənclərə öz imkanlarını nümayiş etdirmək fürsəti verir. Uğurlu gənclər siyasətində  Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri Leyla Əliyevanın xidmətlərini xüsusi vurğulamaq istərdim. Lelya xanım Rusiyada yaşayan azərbaycanlı gəncləri bir təşkliatda birləşdirməklə onların həm inteqrasiya prosesində, həm təhsilində və Azərbaycanı təbliğ etməsində mühüm işlər görür. 
Bu gün gənclər dövlət siyasətinin tərkib hissəsidir. Yəni biz gənclərin inkişafını dövlətin inkişafından kənarda görmürük. İnformasiya texnologiyaları bu günkü gəncliyə özünü ifadə etmək sahəsində əlavə imkanlar açıb. Bu gün ölkədə 200-dən çox gənclər təşkilatı var. Ölkədə gənclər mühüm bir platforma kimi formalaşa biliblər. Modern gənclik formulunun yaranması gənclərin birləşdiyi ictimai təşkilatların cəmiyyətə ötürdüyü mesajlarından da çox asılıdır. Bizim gənclik azad düşünür, demokratik sistemdə yaşayır, məhdudiyyətsiz olaraq fəaliyyət göstərir. Üstəlik, dövlətdən də ən yüksək səviyyədə dəstək alır. Ən parlaq ideyalar, cəlbedici proqramlar kənarda qalmır. Ən mühüm olanı budur. Gənclər təhsilə xüsusi ilə fikir verməlidir. Bu gün zaman gənclərin öz üzərində işləmələri, novator olmağı və kreativ olmalarını tələb edir. Azərbaycanın belə gənclərə ehtiyacı var. Bu gün gənclərin imkanı var ki, istənilən istiqmət üzrə peşə seçsinlər. Əgər kimsə xaricdə oxumaq istəyirsə,bunun üçün dövlət proqramının verdiyi imkanlarından istifadə edə bilər.
Bu günkü qloballaşma dünyasında yeni nəsil üçün demək olar ki, sərhəd yoxdur. Ona görə, fikrimcə, biz daha çox dəyərlərimizi qoruyub saxlamalıyıq. Azərbaycanın çox qədim tarixi, yaxşı ailə ənənələri var. Bunların qorunub saxlanması ölkəmiz üçün çox vacibdir. Ölkədə gənclərlə bağlı aparılan işlər dövlət siyasətinin prioritetlərindəndir. Fikrimcə, gəncləri birləşdirəcək ümumi dəyərlərin dəstəklənməsi zəruridir. Bura Azərbaycanın ərazi bütövlüyü, ölkənin dövlətçilik ənənəsinin qorunub saxlanması,müstəqiliyin müdafiəsi daxildir.