YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i ölkəmizin daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə möhkəm əsaslar yaradır

Müsahibimiz Milli Məclisin deputatı Aydın Hüseynov

- Aydın müəllim, cənab Prezident İlham Əliyevin ötən gün imzaladığı müvafiq sərəncama əsasən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i təsdiq edilib. Milli Prioritetlərin hazırlanmasını zəruri edən əsas amillər nədən ibarətdir?

- Məlum olduğu kimi, neft gəlirlərinin artması və qeyri-neft sektorunda həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan qlobal miqyasda sürətli iqtisadi artım tempinə malik ölkələr sırasına daxil olub. Həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin edib. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyüyüb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli azalıbdır. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənibdir.
Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verib. Ölkəmiz regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib. Nəticədə Azərbaycanın regionda iqtisadi rolunu yüksəlib, txarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaradıbdır.
Əldə edilən iqtisadi üstünlük, uzun illər formalaşdırılmış ictimai-siyasi və sosial-iqtisadi bünövrə ölkənin hərbi qüdrətini də yüksəltmişdir. Bu nailiyyətlər torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbəyə transformasiya olundu. 2020-ci il noyabrın 10-da imzalanmış tarixi Bəyanatla Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmini işğaldan azad edilmiş ərazilərin mövcuddur. Azərbaycan inkişaf edir, yeni qlobala meyaralara uyğun iqtisadi islahatlar həyata keçirir. 
Respublikamız postpandemiya və postkonflikt dövrünə qədəm qoyur. Bu mərhələ keyfiyyətcə yeni olan 2021‒2030-cu illəri əhatə edən strateji mərhələ hesab edilir. Bu mərhələdə müəyyən edilmiş strateji hədəflərə çatmaq üçün konseptual dövlət sənədi - “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” hazırlanıb və təsdiq edilibdir.

- Yeni sənədin əsas prioritetləri nədir?

- Milli Priorityetlər mühüm dövlət konsepsiyasıdır, buarada nəzərdə tutulan tədbirlər həddindən artıq geniş və çoxşaxəlidir və bir çox dövlət orqanları qarşısında mühüm vəzifələr durur. Ona görə də, Milli Prioritetlərə əsasən, müxtəlif proqram və layihələr hazırlanacaqdır. Sənəddə 5 strateji hədəf və hər hədəfə uyğun alt prioritetlər müəyyən edilib. Birinci hədəf dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğudur. Həmin hədəfə uyğun olaraq qarşıdakı 10 il ərzində yüksək iqtisadi artımın və ölkənin davamlı inkişafının təmin edilməsi üçün möhkəm zəmin yaradılması nəzərdə tutulubdur. Burada həm davamlı və yüksək iqtisadi artım, həm də daxili və xarici təsirlərə dayanıqlıq kimi alt prioritetlər əsas yer tutur. Ümumilikdə, prioritetlərə əsasən, 2030-ci ilə qədər iqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmasə proqnozlaşdırılır. Bunun üçün yüksək gəlirli iş yerlərinin yaradılması, həyat səviyyəsinin ilbəil yaxşılaşdırılması, iqtisadiyyatın dərin şaxələndirilməsi, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr”in tapılması, qeyri-neft sektorunun əsas drayver kimi gücünün artırılması nəzərdə tutulubdur. Hazırda neft sektoru sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da, yaxın on ildə qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevriləcək. Qeyri-neft sektorunun əsas şaxələrinə dövlət dəstəyi ilə bərabər, özəl sektorun maliyyə dəstəyi də artırılacaq. Belə ki, plana əsasən, özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalı, məhkəmə-hüquq sistemində şəffaflıq artırılmalı, haqsız rəqabətin qarşısı alınmalıdır. Yeni və şəffaf özəlləşmə strategiyası həyata keçirilməli, biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət etməlidir.
İqtisadiyyatda uzunmüddətli investisiya resurslarının əsas mənbəyi olan kapital və sığorta bazarının inkişafı sürətləndirilməlidir. Milli bank sektorunun dayanıqlığı təmin olunmalı, ona olan etimad yüksəlməli, real iqtisadiyyatın maliyyələşdirilməsində bankların payı artırılmalı və sahibkarlıq fəaliyyətinin inkişafına təkan verməlidir. Bank kreditlərinin sahibkarlıq fəaliyyəti üçün əlçatanlığını təmin edəcək real işlək mexanizmlər hərəkətə gətirilməli, bank kreditlərinin təminatı məsələlərində bürokratik əngəllər aradan qaldırılmalıdır.
Ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunması təmin edilməlidir. Lakin bu zaman ölkənin milli maraqlarının qorunması və xarici investorlara rəqabət mühitinin yaradılması ilə investisiyaların səmərəli tənzimlənməsi diqqət mərkəzində olmalıdır.
Dövlət investisiyalarının və dövlət şirkətlərinin fəaliyyətinin iqtisadi səmərəsi yüksəldilməli, bu sahədə şəffaflıq səviyyəsi artırılmalıdır. Dövlət şirkətlərinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərmələri üçün zəmin yaradılmalı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla korporativ idarəetmə standartları tətbiq edilməli və gəlirlilik səviyyələrinin artırılması təmin olunmalıdır.
Kölgə iqtisadiyyatı minimuma endirilməli, özəl və dövlət sektorunda şəffaflıq səviyyəsi ən yüksək standartlara çatdırılmalıdır. İqtisadi idarəetmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqi genişləndirilməli və təşviq olunmalı, korrupsiya ilə mübarizə gücləndirilməli, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi və etikası formalaşmalıdır.

- Prioritetlər sırasında xarici təsirlərə dayanıqlıq amilinə də xüsusi diqqət yetirilib. Xarici təsirlər dedikdə, əsasən hansı faktorlar nəzərə tutulur?

- Azərbaycan qlobal dünyanın bir parşasıdır, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası hər ilə dərinləşir. Azərbaycan dünyanın 180-dən artıq ölkəsi ilə mal dövriyyəsi həyata keçirir, milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsinə çevrilib. Bütün bu amillər, xarici mühitdə baş verən proseslərin Azərbaycana təsirlərini istisna etmir. Bunu son illərdə dünya iqtisadiyyatında və qlobal maliyyə bazarlarında baş verən böhranlar, xüsusilə də koronavirus pandemiyası nəticəsində 2020-ci ildə yaşanan qlobal şoklar zamanı da müşahidə etdik. Ona görə də, hökumət bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməli olduğunu əsas strateji məqsədlərdən hesab edir. Bu məqsədlə ölkədə makroiqtisadi sabitliyin və dayanıqlığın gücləndirilməsi məqsədilə yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılmalıdır. Xarici təsirlərə dayanıqlıq sütunlarından birini dövlətin valyuta ehtiyatları, digərini isə intizamlı borclanma təşkil edir. Xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması üçün Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payı tədricən azaldılmalıdır. Məcmu borc makroiqtisadi sabitliyə, o cümlədən dövlət büdcəsinin sabitliyinə xidmət etməlidir. Daxili borcun idarə edilməsi ölkədə maliyyə bazarlarının inkişafını dəstəkləməli, xarici dövlət borcunun dayanıqlı səviyyəsi qorunmalı, dövlət şirkətlərinin borclanmalarına nəzarət gücləndirilməli və bu əsaslarda dövlət və kvazi-dövlət borcunun idarəedilməsi təşkil olunmalıdır.
Nəzərdə tutulan bu prioritetlər qlobal şoklar dövründə Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlılığını təmin edəcək, iqtisadi artımın və fəallığın davamlı olmasına dərin zəmin yaradacaqdır.

- Aydın müəllim, Azərbaycan hökumətinin yürütdüyü siyasətin əsas məzmunu həm də sosialyönümlü dövlət modelinə əsaslanır. Yaxın 10 ildə sosial ədalətə əsaslanan cəmiyyət quruculuğu da əsas hədəflərdən biri kimi müəyyənləşib. Bu istiqamətdə hansı addımlar müəyyən edilibdir?

- Həqiqətən, Azərbaycanda sosial dövlət modeli özünün müsbət bəhrələrini verməkdədir. Ölkəmiz hər il artan maliyyə imkanlarını ilk növbədə, sosial sektorda mühüm proqram və layihələrin maliyyələşməsinə yönəldir. Hazırda büdcədə sosial xarakterli xərclərin çəkisi 40 faizdən yüksəkdir. Bu baxımdan qarşıdakı onillikdə də sosial dpvlət modeli əsas olmaqla, yeni çağırışlara uyğun dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğu təmin ediləcəkdir. Bunun üçün 3 mühüm prioritet müəyynləşib. Bunlar inkişafdan hər bir vətəndaşın bəhrələnməsi, yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət, paytaxt və regionların tarazlı inkişafı kimi althədəflərdir. Hökumət hesab edir ki, davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmalıdır. Ölkədə artan gəlirlər daha geniş iqtisadi imkanlar yaratmalı, bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunmalı, xüsusilə qadınların iqtisadi imkanlara çıxışı yaxşılaşmalıdır.Məşğulluqda özəl sektorun payının artması üçün zəruri stimullar yaradılmalı, muzdla işləyənlərin sayında özəl sektor üzrə işəgötürənlərin payı üstünlük təşkil etməlidir.
Nəzərdə tutulan plana əsasən, 10 il ərzində sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndiriləcək. Ölkəmizdə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsinə nail olunacaq. Məşğulluq imkanları daha da genişlənəcəkdir. Bütün bu hədəflərə nail olmaqla sosial intibah daha da möhkəmlənəcəkdir.
Qeyd edilən althədəflər çərçivəsində yaradıcı və innovativ cəmiyyət quruculuğu, innovativliyini stimullaşdıran ekosistem yaradılması, vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi, keyfiyyətli səhiyyə və sağlam həyat tərzi hesabına əhalinin orta ömür müddətinin artımına nail olunması ilə bağlı da tədbirlər görüləcək.

- Milli Prioritetlərin ən mühüm istiqamətlərindən biri işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsidir. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycan Ordusu Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan üzərində parlaq qələbə qazanaraq işğal altındakı tarixi torpaqlarımızı azad etdi. Azərbaycan hazırda yeni bir dövrə qədəm qoyub, öz doğma torpaqlarından köçkün düşən insanların dayanıqlı məskunlaşmasının təmin edilməsi və bu ərazilərin ölkənin iqtisadi-sosial həyatına qoşulması üçün işlər həyata keçirilməkdədir. Məhz bu məqsədlə Milli Prioritetlərin ən mühüm hədəflərindən biri də Böyük Qayıdışa uyğun proqramların hazırlanması və icrasıdır.
Bu hədəf üzrə işlər tamamilə yeni reallıqlar əsasında Azərbaycanın inkişafında yeni bir mərhələnin başlanması deməkdir. Qarabağ bölgəsi zəngin iqtisadi sərvətlərə, istehsal, ixrac üzrə rəqabətqabiliyyətli istehsal drayverlərinə, eyni zamanda, geoiqtisadi və strateji logistika, nəqliyyat imkanlarına malik bölgədir. Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür. İşğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa ediləcək, bölgə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevriləcək, ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə malik olacaqdır. Nəticədə bu bölgədə yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcəkdir.